Bərdə sakinindən “patı” və heroin aşkar edildi
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-averilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə axtarışda olan rayonun Zümürxan kənd sakini, əvvəllər məhkum olunmuş Taryel Aslanov saxlanılıb. Onun evinə baxış keçirilən zaman külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.