Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zümürxan kənd tam orta məktəbi ziyarət olunub

Baxılıb:930
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zümürxan kənd tam orta məktəbi ziyarət olunub

Görüşdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir zamanı əvvəlcə məktəbin fəal tələbələrindən olan 9-cu sinif şagirdi Polina Əliyevaya Rayon Polis Şöbəsinin adından fəxri fərman təqdim olunub. P.Əliyeva ona göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, dərslərini daha da yaxşı oxuyub yüksək qiymətlərlə ali məktəbə qəbul olacağına söz verib.
Daha sonra polis əməkdaşları məktəbin kitabxanasına nəzər yetiriblər. Buradakı ədəbiyyat nümunələri ilə tanış olublar. Dünya ədəbiyyatının incilərindən sayılan kitabları məktəbin kitabxanasına hədiyyə ediblər. Mütaliənin vacibliyinə diqqət çəkən polis əməkdaşları şagirdlərlə müxtəlif mövzularda müzakirələr aparıblar.
Səmimi söhbətlərlə yadda qalan görüşə görə məktəbin kollektivi polis əməkdaşlarına minnətdarlığını bildiriblər.  


Abunəlik