Bərdə polisi reyd keçirdi

Baxılıb:125
Bərdə polisi reyd keçirdi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayonun Kətəlparaq kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən kafe aşkarlayıblar.
Kafenin sahibi Müşfiq Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
 


Abunəlik