AzTV xəbərdə növbəti səhv -17 :00-da gözlənilən iclas nəyə hesablanıb?-VİDEO

Baxılıb:157
AzTV xəbərdə növbəti səhv -17 :00-da gözlənilən iclas nəyə hesablanıb?-VİDEO

Bu video “AZTV Xəbər”-in 20:00 buraxılışından (18.09.2024) götürülüb. Sonradan AZTV-nin youtube səhifəsində səhvi düzəldiblər. Amma efir tək AZTV-nin sosial şəbəkələrindən ibarət deyil. Səhvi əvvəldən düzəltmək lazımdı. Keçmişdə avadanlıq yox idi, ona görə də texniki qüsur, insan amili nəzərə alınırdı. İndi axı elə deyil. “Gecikmə aparatı”nız var. Canlı efirdə səhvlərdən sığortalanmaq üçün televiziyalar “gecikmə” üsulundan istifadə edirlər. Yəni birbaşa yayımlanan verilişə real vaxtından tez başlayırlar ki, nəsə yanlışlıq olduqda həmin aralıq müddətdə səhvi düzəldə bilsinlər. Bunun üçün xüsusi avadanlıqlar var. Ondan AZTV-də də var. Amma ona baxmayaraq efirdə bu kimi səhvlərə yol verirlər. Deməli ya bunu işlətmirlər, ya da işlətməyi bacarmırlar. Bacarsaydılar, bu videodakı kimi nöqsanı efirə buraxmazdılar.

Hikmət Hacıyev dövlətdə mühüm post tutan vəzifəli şəxsdır. Onun çıxışını bu hala salmaq dövlətin əsas kanalı üçün baş ucalığı deyil. Hörmətli AZTV sədri Rövşən Məmmədovun yəqin yadına gələr, 2021-ci ilin elə bu vaxtları aparıcısı olduğu “Həftə” proqramında Türkiyə Prezidenti Erdoğanın çıxışını verəndə üstündə “Hikmət Hacıyev” yazılmışdı. Videoyazı ilə verilən bir verilişdə. Yəni, Məşədi İbad demiş, deyəsən AZTV belə işlərə bir növ adətkərdə olub.


Abunəlik