AzTV-nin baş rejissoru işdən çıxarıldı
AzTV-nin baş rejissoru Ziya Ağa vəzifəsindən uzaqlaşdırılıb.
Aztimes.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə əmri bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov imzalayıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az-a təsdiqləyib.
O bildirib ki, baş rejissor öz ərizəsi ilə işdən uzaqlaşdırılıb: “Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur”.
Qeyd edək ki, dünən AzTV-nin bədii rəhbəri Ranar Musayevin işindən ayrılmasıyla bağlı xəbər yaymışdıq.
AzTV-dən onun vəzifəsindən kənarlaşdırılmasını əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmişdilər.