AzTimes.az xəbər portalı şəhid ailəsi üçün imza kampaniyasına başladı

Baxılıb:171
AzTimes.az xəbər portalı şəhid ailəsi üçün imza kampaniyasına başladı

AzTimes.az xəbər portalı aprel şəhidi Müşfiq Orucovun ailəsinin evlə təmin olunması üçün genişmiqyaslı imza kampaniyasına başladı.

Bu barədə xəbər portalının rəhbəri Pərvin Abışova   Müşfiq Orucovun ailəsinin yaşadığı evi ziyarət etdikdən sonra qərar verib. AzTimes.az saytının rəsmi facebook səhifəsində şəhid ailəsinin acınacaqlı şəraitini işıqlandıraraq ictimaiyyətə  çatdıran jurnalist “Müşfiqə xatir bir imza ataq, prezidentimiz səsimizi duyacaq” deyib.

Bu gündən etibarən Azərbaycanın demək olar ki, əksər bölgələrindən kampaniyaya dəstək olan könüllülərin iştirakı ilə bülleteinlərin imzalanması ilə kampaniyaya start verilib. Bülletein aşağıdakı məzmundadır:

” Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva! Biz xalqın səsiyik. Biz şəhid ruhlarının iniltisiyik.  Siz hər zaman şəhid ailələrinin və Qarabağ qazilərinin yanında olmusunuz. Onlar hər daim sizin diqqət və qayğınızı hiss ediblər. Biz sizin bu səsimizə tez bir zamanda səs verəcəyinizi bilərək AzTimes.az xəbər portalının başlatmış olduğu kampaniyaya qoşulur, aşağıdakı imzalarımızla Aprel şəhidi Müşfiq Arif oğlu Orucovun olduqca ağır şəraitdə yaşayan ailəsinin evlə təmin olunmasını xahiş edirik.”

AzTimes.az.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir