AzTimes.az saytının redaktoru Pərvin Abışovaya olunmuş hücumun videosu yayıldı
AzTimes.az saytı xəbər verir ki, öz kəskin açıqlamaları ilə hər zaman bəzi insanların etirazına səbəb olan jurnalist Pərvin Abışovaya 7 yanvar 2019-cu ildə yaşadığı ünvanda baş vermiş hücumun videogrüntüləri yayılıb. Məsələ Nəsimi rayon 19-cu polis bölməsində araşdırılsa da heç bir nəticə əldə olunmadığından işə xitam verilib. Nəzərinizə çatdıraq ki, bu jurnalist xanıma olunan ikinci hücumdur. Digər hadisə 14 dekabr 2018-ci ildə olmuş və sözügedən polis bölməsində o cinayətyərkibli məsələnin də araşdırılmasına xitam verilmişdir. Sözügedən hadisənin bir qrup dindar tərəfindən olduğunu iddia edən Abışova buna səbəb dinlərlə bağlı yazılarını səbəb gətirir. O dəfələrlə sosial şəbəkələrdə hədələrlə üzləşsə də buna əhəmiyyət vermədiyini deyir.”Təhtid olunsam da əhəmiyyət vermədim, sonda bu hadisələr oldu. Lazimi orqanlara müraciət etsəm də cavab yoxdur”
AzTimes.az