Azercell jurnalistə 700 manat borc yazdı: “Bu qədər də olmaz…” – FOTO

Baxılıb:217
Azercell jurnalistə 700 manat borc yazdı: “Bu qədər də olmaz…” – FOTO

“Biri bu Azercell-in soyğunçuluğunu durdursun. Rominqdə bilmədən internetim açılıb, kredit limitim 60 manat olduğu halda, 1saat olmadan, nömrəmə 697.38 AZN borc yazıb”.

Bu sözləri sosial şəbəkə hesabında Zuar Qəriboğlu yazıb. 

O qeyd edib ki, belə bir borcun yazılması məntiqsizdir: “Bu hansı məntiqdir ki? Nömrənin kredit limiti 60 manatdırsa, necə olur, 697.38 AZN borc yazırsınız? Qayıdım, məhkəməyə müraciət edəcəyəm! Olmaz belə, bu qədər də olmaz! Əvvəllərdə bu halla qarşılaşmışdım, az məbləğ olduğu üçün ödəmişdim ki, vaxt itirməyim. Amma bunu keçməyəcəm!”.


Abunəlik