Azerbaycan Qafan-Gorus yolunda post qurdu-Ermənilər yoxlanılır və…
Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polis postu qurulub.
AzTimes.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Elçin Alıoğlu paylaşıb.
Qeyd edək ki, bir neçə gün öncə də erməni sosial şəbəkə istifadəçiləri Qafan-Gorus yolunda Azərbaycan polisinin post qurduğunu və maşınları yoxladığını bildirmişdi. Azərbaycan ərazisindən keçən xüsusilə yük maşınlarının yoxlanıldığı, İrandan hərbi təyinatlı məhsulların daşınıb-daşınmamasının nəzarət altına alındığı da qeyd olunmuşdu. //Axar.az