“Azalternativenerji” MMC-nin işçiləri əmək haqlarını tələb edir – ETİRAZ
“Azalternativenerji” MMC-nin işçiləri 5 aydın əmək haqqı ala bilmədiklərini deyirlər.
Onlar bu səbəbdən avqustun 28-də idarənin qarısına toplaşıb, plakatlar qaldıraraq pullarını tələb ediblər.
Bu barədə danışan idarənin işçisi Zamiq Nəcəfov bildirib ki, onlar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər.
İdarə Qobustan rayonunda yerləşir, 30 işçisi var.
O, 5 ayda susmalarını pandemiya ilə əlaqələndirib: “Gözləyirdik ki, ümumi problemdir, yəqin bu gün-sabah olar, artıq 5 aydır. Hazırda işçilərin evlərində çörəkpulu da yoxdur”.
Zamiq Nəcəfov ötən müddətdə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət etdiklərini, amma hər hansı reaksiya almadıqlarını deyib.
Zamiq Nəcəfovun sözlərinə görə, “Azalternativenerji” MMC-nin direktoru Aqşin Bəkirzadə bu gün onlarla görüşüb və gələn həftə əmək haqlarının veriləcəyini vəd edib.
İdarənin mühəndisi Aqil Şirinov Meydan TV-yə işçilərə 5 aydır maaşın verilmədiyini təsdiqləyib: “Müdiriyyət işçilərə görüşüb, bir həftə vaxt istəyib, yəqin gələn həftə problem həllini tapar.