Azadses informasiya agentliyinin rəhbəri Akif Səfərov Prezidentə müraciət etdi

Baxılıb:102
Azadses informasiya agentliyinin rəhbəri Akif Səfərov Prezidentə müraciət etdi

Möhtərəm Prezident
Qardaşım Elşad Səfərov Xasay oğlu 2012 ci ildən etibarən ADY QSC əmək faəliyyəti ilə məşqul olur və əmək fəaliyyətini həmişə vicdanla yerinə yetirmişdir. Sərnişin daşımaları departamentinin müavini Təranə Bədəlova qondarma sifarişlə, əsasız töhmətlərlə qardaşımın 13 ilik dəmiryol karyerasına son qoymaq niyətindədir. Ən ürəy ağrıdan hal bundan ibarətdir ki, dəmiryol rəhbərliyi , bu saxta əsasız itihamları təsdiq edir. İşlədiyi sturuktur da, Sərnişin Daşıma Departamenti rəhbərliyi qardaşıma qarşı bir qayda olaraq qeyri-obyektiv münasibət göstərməklə, hər vasitəylə onu öz təşəbbüsüylə işdən çıxmağına vadar etdirirlər. Əgər qardaşım, öz xoşuyla ərizəsini yazmasa, ona əmək Məcəlləsinin 70 C bəndini təyin edilməklə, işdən üzaqlaşdırılacağı bildiriblər. Qardaşımın dediyinə görə bu təziqlər ona 2020 ci Türkiyə cumhurbaşkanı sayın Recep Tayyip Erdoğanın 25 fevral Azerbaycana gəlişi şərəfinə yazdığı söz və musiqi sosiyal şəbəkələrdə paylaşım olandan sonra başlamışdır. Buna görə də, sizdən kömək istəyirəm. Qardaşıma iki üst-üstə qondarma töhmət 14 oktiyabr peşə bayramında verilmişdir. Burdan bilinir ki qardaşıma qarşı qərəz var. Bütün rəhbərləri siz təyin edirsiz. Sizi Azərbaycan dövlətinin qalib əvəzsiz rəhbəri bilərək müraciət edirəm. Sizdən xahiş edirəm ki , ADY ” QSC” haqsız qərar qəbul etməsinin qarşısını alıb, qardaşımın öz işində qalmasını təmin edəsiniz .


Abunəlik