Azad Rəhimovun oğlu vəzifəsindən azad edildi – FOTO
Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov vəzifəsindən azad edilib.
Bu barədə BŞH məlumat yayıb.
Onun yerinə isə Maqsud Fərzullayev təyin olunub.
Qeyd edək ki, Arif Rəhimov mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur.
Xatırladaq ki, Arif Rəhimov 7 il Bakı Şəhər Halqasının icraçı direktoru olub.