Azad olunanlardan 11 nəfərəri qadındır
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin dünən imzaladığı sərəncamın icrasına başlanılıb.
AzTimes.az-ın məlumatına görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva prosesin gedişindən danışan zaman bildirib ki, ümumilikdə 176 nəfər məhkum azad olunub:
“Onlardan 11-i qadın, 2-si ömürlük məhkumdur. Hazırda 8 xanım məhkum azadlığa buraxılıb”.