Azad media nümayəndələri erməni jurnalistlərin Bakıya gəlməsinə etiraz etdilər-VİDEO

Baxılıb:222
Azad media nümayəndələri erməni jurnalistlərin Bakıya gəlməsinə etiraz etdilər-VİDEO

16.11.2019- cu il tarixdə bir qrup media nümayəndəsi XİN qarşısında piket təşkil edib. Etiraza səbəb bəzi dövlət saytlarında erməni jurnalistlərin Bakıya gəlməsi barədə yayılan xəbərlər olub. Aksiyada “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ermənilər Bakını dərhal tərk etsinlər!” kimi şüarlar səslənilib. Aksiyanın təşkilatçısı AzTimes.az xəbər portalının təsisçi redaktoru Pərvin Abışova  Aksiya iştirakçılarının Bəyanatını XİN rəsmisinə təqdim edib. Əraziyə polis cəlb olunsa da onlar aksiya iştirakçılarına qətiyyən mane olmayıb, müşahidə mövqeyində dayanıb. Pərvin Abışova aksiyanın baş tutduğunu  bəyan edib. Aksiya Azərbaycan Dövlət Himninin ifası ilə başa çatıb.

Mövzu ilə bağlı Azad Media İnstitunun rəhbəri Gülnaz Qənbərli və Pərvin Abışova Reaksiya Tv youtube kanalında  Zaur bəyin  qonağı olub, geniş müzakirə aparılıb. Verliş canlı yayımlanıb, müzakirələr maraqla qarşılanıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir