“Azərsu” sədrinin hektarlarla ərazini əhatə edən 100 milyonluq dəbdəbəli VİLLALARI -FOTO
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun dəbdəbəli villası ilə bağlı məlumat yayılıb.
AZtimes.az xəbər verir ki, bloger Həbib Müntəzirin yaydığı məlumata görə, villa Bakının Türkan qəsəbəsində yerləşir.
Xəzərin sahilində yerləşən villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman, iri hovuz, xeyli sayda zeytun ağacları və futbol meydançası var. Qorxmaz Hüseynovun Nərimanov rayonunda da belə bir villasının olduğu bildirilir. “Azərsu” sədri hər iki villasında Yaponiyadan gətirdiyi itləri saxlayır, hətta onları öyrətmək üçün müəllim də tutub.AZSABAH.COM.