“Azəriqaz”: “Bədbəxt hadisə nəticəsində ölmüş şəxsin bizimlə əlaqəsi yoxdur”

Baxılıb:149
“Azəriqaz”: “Bədbəxt hadisə nəticəsində ölmüş şəxsin bizimlə əlaqəsi yoxdur”

Bu gün mətbuatda Bakının Binəqədi rayonunda yerləşən fərdi yaşayış evinə qaz xətti çəkən bir nəfərin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd olunub.

Report xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, o, hasarın üstü ilə sayğacdan evə qaz xətti çəkərkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Həmin şəxsin “Azəriqaz”la hər hansı bir əlaqəsi yoxdur, bizim struktur bölmələrimizdə çalışmır.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində qazlaşma işləri görərkən, qaz xətlərinin yerini dəyişdirərkən mütləq bunu peşəkarlara etibar etsinlər və prosedur qaydalara uyğun olaraq “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzlərinə, eləcə də yaşadıqları ərazilər üzrə Xidmət Sahələrinə müraciət etsinlər. Bu zaman yuxarıda sadalanan qaz təsərrüfatına dair işlərin görülməsi üçün onlara xüsusi icazəsi olan (lisenziya) podratçı təşkilatlar təqdim edilə bilər. Belə olduğu halda təhlükəsizlik qaydaları gözlənilməklə xoşagəlməz hallardan sığortalanmış olarlar”, – deyə açıqlamada qeyd olunub.


Abunəlik