Azərbaycanlılarla ermənilər arasındakı davaya görə cinayət işi başlandı: iki nəfər saxlanıldı

Baxılıb:124
Azərbaycanlılarla ermənilər arasındakı davaya görə cinayət işi başlandı: iki nəfər saxlanıldı

 

Şənbə günü Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava faktı ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Oxu.Az xəbər veir ki, davanın iki iştirakçısı saxlanılıb.

İstintaqçıların fikrincə, onlar digər şəxslərə bədən xəsarətləri yetiriblər.

Polis müəyyən edib ki, dava məişət zəminində baş verib.

Xatırladaq ki, Frunze rayonunda 04:30 radələrində başlayan davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.

Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir