Azərbaycanlı milyarderlər Moskvadakı məşhur mərkəzi aldılar

Baxılıb:126
Azərbaycanlı milyarderlər Moskvadakı məşhur mərkəzi aldılar

Azərbaycanlı biznesmenlər Zarax İliyev və Qod Nisanova məxsus “Kiyev Meydanı” qrupu Moskvada Lubyankada yerləşən “Mərkəzi Uşaq Dünyası”nı alıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Mərkəzi Uşaq Dünyası 1953-cü ildə memar Aleksey Duşkinin layihəsinə əsasən tikilib. Ticarət kompleksi “Hals” şirkətlər qrupuna aid idi.

“Kiyev meydanı” Qrupu, Forbes jurnalına görə, Rusiyada ən böyük kirayəçidir: 2023-cü ilin sonunda şirkətin obyektlərindən icarə gəliri 1,76 milyard dollar təşkil edib. “Kiyev meydanı”nın ən böyük obyektləri Foodcity və Evropeisky-dir. Qrupun ümumi pərakəndə satış sahəsi 2,2 milyon kvadratmetrdən çoxdur.


Abunəlik