Azərbaycanlı həkim koronovirusun dərmanını tapdı?

Baxılıb:266
Azərbaycanlı həkim koronovirusun dərmanını tapdı?

Azərbaycanlı həkim koronovirusun müalicəsini tapdığını deyir: “Yaxın günlərdə rəsmi sənədləri təqdim edəcəm”

Tanınmış həkim-psixoterapevt Paşa Yaqub koronavirusun (2019-nCoV) müalicəsini tapdığını iddia edir.

Sozcu.az xəbər verir ki, bu barədə özünün sosial hesabında yazan həkim, yaxın günlərdə bununla bağlı rəsmi sənədləri də təqdim edəcəyini bildirib.

Həmin yazını olduğu kimi təqdim edirik:

“Yaxın günlərdə koronovirusu sağaltmağım barədə rəsmi sənədləri təqdim edəcəm. İnsanlar görəcəklər ki, bu xəstəliyi nə qədər asan yolla müalicə etmək mümkün olduğu halda, dünya ölkələri trilyonlarla dollar xərcləyirlər. Rəsmi sənədləri görəndə dünyanın hegamon dövlətlərinə və onların alimlərinə gülməyiniz gələcək…

Amma, siz elə bilməyin ki, o sənədləri (test cavablarını) görən kimi, insanlar (xəstxanada olan viruslu xəstələr) mənim üstümə yüyürəcəklər ki, ay Paşa doktor, bizi də bu asan yolla sağalt. Əsla belə olmayacaq…

Xərçəng xəstəliyini sağaltmağım barədə rəsmi sənədləri ortaya qoyanda və bu xəstəlikdən sağaltdığım xəstə mənim barəmdə kitab yazanda medicina.az saytının əməkdaşı mənə sual verdi ki, indi bu sənədləri görən bütün xərçəng xəstələri sizin üstünüzə gəlsələr nə edəcəksiz, onları necə çatdırıb qəbul edəcəksiz? Dedim narahat olmayın, o sənədləri hamı görəcək və belə bir müalicə metodu haqda məlumatları olacaq. Ancaq, o xəstələrdən məni axtaran az olacaq. Çoxusu əməliyyata üstünlük verəcək və minlərlə manat pulunu verib özünü məhv edəcək.

Elə də oldu, həmin müsahibəni və oradakı MRT cavablarını yüz mindən şox adam oxudu, kitabları da minlərlə adam oxuyub, ancaq xərçəng xəstlərinin çox cüzi hissəsi mənə üz tuturlar və iynəsiz, dərmansız, əməliyyatsız sağalırlar.

Koronovirusa yoluxmuş xəstələr də belə olacaq, milyonlar yoluxacaq, tabutlar, onları yapışmağa adam tapılmayacaq… ancaq yoluxanların cüzi hissəsi məni axtaracaq….
İnanmırsınız, eləmi? Onda işin sonunu gözləyin. Yaxın günlərdə mən koronovirusu neçə günə sağaltmağım barədə rəsmi (Türkiyə xəstəxanasının verdiyi) sənədləri yayacam. Siz isə, Tv-lərdə gündə neçə min insanın bu xəstəlikdən öldüyünü eşidəcəksiz. Görəcəksiz ki, gün ərzində bu xəstəlikdən barmaqla sayılacaq qədər pasiyent mənə üz tutur… Beləliklə, 29 faiz əhalini xilas etmək mümkün olacaq.

Bu elm mənə öyrədiləndə deyilmişdi ki, dünyada çoxlu sayda sağalmaz xəstəliklər yayılacaq, sən onların hamısını sağalda biləcəksən. Amma, onların çox cüzi hissəsi sənə üz tutacaqlar. Və mənə üz tutan hissəni də göstərdilər. Ayılanda bu hissəni hesabladım gördüm 29 faizdir. O vaxt mən də sizin kimi buna inanmamışdım. Çünki, söhbət elə xəstəliklərdən gedirdi ki, o xəstəliklərdən xilas olmaq üçün insanlar bütün var-dövlətlərini xərcləyirlər, nəticədə isə, ölürlər… İnana bilmirdim ki, insanlar bu xəstəliyin çarəsinin məndə olduğunu bildikləri halda gəlib müalicə olunmasınlar.

Həkim (psixoterapevt) olaraq fəaliyyətə başladıqdan sonra təcrübə göstərdi ki, mənə deyilənlər həqiqətdir. Misal üçün, ailənin bir üzvünü xrçəngdən sağaltım, MRT-dən keçdi, sağlamlığı təsdiq olundu. Bir neçə aydan sonra ailənin digər üzvünə ankologiyada xərçəng diaqnozu qoyuldu. Sağaltdığım adam o birini güc-bəla mənim qəbuluma gətirdi. Bir seans etdim, bütün ağrıları yox oldu və… bir daha qayıtmadı (nə qədər yalvarsa da gətirə bilmədi). hansı ki, həmin adamın gözü qarşısında mən onun digər ailə üzvünü sağaltmışdım, gözüylə də görmüşdü…

Belə misallar yüzlərlədir və sizlər mənim yanımda dayanıb bunları müşahidə etsəniz bəlkə də havalanarsınız Burada bir misal da çəkmək istəyirəm, ancaq qorxuram çoxunuz inanmaya. Keçən il qəbuluma təxminən 12 yaşında bir oğlan uşağını gətirmişdilər. Uşağın əllərini arxadan bağlayıb gətirmişdilər. Baş həkim onu qəbul etməyimə icazə vermədi. Dedi görmürsənmi bu nə qədər aqressiv uşaqdır, əlləri açılsa burada qapı-pəncərə qalmayacaq, hamısını qıracaq. Bunun valideynləri də sınanları düzəltdirən deyillər. Klinikanı ziyana salma, qoy getsinlər psixi xəstəxanaya. Oğlanın səs küyünə klinikanın bütün tibb personalı yığışdı resepşinə. Baş həkimə dedim bütün bu personalın qarşısında sizə söz verirəm ki, bu uşaq bir yeri sındırsa xərcini özüm çəkəcəm. Nə isə, uşağı vlideynləri ilə birgə götürdüm kabinetə. Soruşdum ki, uşağın əlini niyə qabaqdan deyil, arxadan bağlamısız? Dedilər qabaqdan bağlayanda öz əllərini və qollarını dişləyib yeyir (uşağın qolları al qan içindəydi). Tam açılanda isə, ətrafındakı insanları dişləyir… Nə isə, xəstəni seans etdim, dedim beş gündən sonra təkrar gələrsiz. Beş gün keçəndə gördüm resepşin gəldi ki, doktor, o günkü xəstəniz gəlib. Resepşinin üzündəki qəribə ifadəni görüb, foyeyə çıxdım. Gördüm həmin uşağı gətiriblər, amma, əlləri açıqdır, heç bir aqressiyası yoxdur. Xəbər ildırım sürəti ilə klinikaya yayıldı və yenə də klinikanın tibb personalı resepşinə cəmləşib uşağa heyrətlə tamaşa etdilər. Beləliklə, ikinci seansı da etdim, ddim 5 gündən sonra yenə gəlin, bir neçə seansımız qalıb. Ondan sonra uşağı məktəbə yola sala bilərsiniz…. On gün gözlədim, uşaqdan xəbər çıxmadı. Valideyninə zəng vurdum ki, uşaq necədi, niyə gəlmədi? Dedi sakitdir, hələlik əli açıqdır, ancaq gətirməyəcəyik. Dedim niyə? Dedi sən Allahsanmı, Peyğəmbərsənmi? Nə mən, nə də yoldaşım sənə inanmırıq. Necə olur ki, sən bütün xəstəlikləri sağaldırsan? Adamı başa sala bilmədim ki, sənə nə dəxli var ki, mən kiməm, nəyəm? Faktiki sənin əli bağlı gətirdiyin oğluna nə qədər zəhmət çəkib, enrji sərf edib sağaltmışam, 1-2 dəfə də gətir tam sağaldım ki, əziyyətim hədər getməsin…

Görürsüzmü insanlar nə qədər hikkəli, təkəbbürlüdürlər? Məhz bu cür cahilliyin nəticəsidir ki, bu gün psixi xəstəxanalar doludurlar və oradan indiyədək sağalıb çıxan görməmisiniz. Eləcə də digər xəstəxanalar…

Əvvəllər mən də sizlər kimi elə bilirdim ki, xəstəlikdən sağalmaq üçün insana pul lazımdır. Elmi-ləduna yüklənəndən sonra başa düşdüm ki, sağalmaq üçün pul ən axırıncı məsələdir. İlk növbədə şüur və təkəbbürlü olmamaq lazımdır. Buna inanmaq üçün siz koronovirusun müalicəsinə xərclənən trilyonlarla vəsaitə baxın və bu trliyonların qarşısında ölən insanların sayını izləyin… Və sonda sağ qalan 29 faiz əhali gəlib mənə deyəcək ki, Paşa doktor, sən ALLAH bizim üstümüzə üfür, bu xəstəlik bizdən getsin. Mən də üfürəcəm, o xəstəlik yox olacaq. Bu qədər sadə və asan olan bir iş üçün əhalinin 71 faizi qırılacaq.
İndi siz mənim bir sualıma cavab verin: bu insanlarda ağıl var?

Söz ardı: suala düzgün cavabı koronovirus dövrü bitəndən sonra cavab verə biləcəksiz”

Hörmətlə: xidmətçiniz, Dr. Paşa Yaqub


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir