Azərbaycanlı aktrisa: “Bunu ancaq yaşayan bilər” – FOTO

Baxılıb:154
Azərbaycanlı aktrisa: “Bunu ancaq yaşayan bilər” – FOTO

“3 mart 2010-cu il mənim ikinci dəfə dünyaya gəldiyim gündür. Mənim həyatımın dönüş günü idi. Hisslərimi izah etmək üçün kəlimələr acizdir, ancaq yaşayan bilər”.

Bu sözləri aktrisa Zümrüd Qasımova “Instagram” hesabında 10 il əvvəl xərçənglə mübarizə aparması ilə bağlı etdiyi paylaşımında yazıb: 

“Zaman sənə hər şeyi olduğu kimi qəbul edib, yaşamağı öyrədir. 10 il bundan əvvəl bu gün mənə desəydilər ki, hələ 10 ildə yaşayacaqsan inanmazdım. Allah yaşadanda yaşadır. Mən hər zaman ürəyimdə Allaha, insanlara, bütün canlılara olan sevgim ilə yaşadım və yaşayıram. Həyat bütün çətinlikləri ilə gözəldir”.Oxu/az.


Abunəlik