Azərbaycanın şahmat yığması İsveçrəni məğlub edib

Baxılıb:138
Azərbaycanın şahmat yığması İsveçrəni məğlub edib

 

Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.

“Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb

Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir.

Avropa çempionatı

VII tur, kişilər

Azərbaycan – İsveçrə – 2.5:1.5

Şəhriyar Məmmədyarov – Sebastyan Boqner – 0,5:0,5

Rauf Məmmədov – Yannik Pelletye – 0:1

Qədir Hüseynov – Niko Georgiadis – 1:0

Eltac Səfərli – Oliver Kurmann – 1:0

Gürcüstan – Azərbaycan – 0:0

Nana Dzaqnidze – Günay Məmmədzadə

Lela Cavaxişvili – Xanım Balacayeva – 0,5:0,5

Bela Xotenaşvili – Gülnar Məmmədova

Meri Arabidze – Türkan Məmmədyarova

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir