“Azərbaycanın İkinci Vətən Müharibəsindən çıxması AzTV sədri Rövşən Məmmədovun umurunda da deyil!”- ŞOK TƏFƏRRÜATLAR

Baxılıb:428
“Azərbaycanın İkinci Vətən Müharibəsindən çıxması AzTV sədri Rövşən Məmmədovun umurunda da deyil!”- ŞOK TƏFƏRRÜATLAR

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də aparılmış audit yoxlamasının nəticəsi barədə mediaya müəyyən məlumat versə də qərarın tam mətni hələ də açıqlanmır.Müşahidələr onu göstərir ki,bunu hərə bir cür başa düşür.Bizə isə AzTV sədri Rövşən Raqif oğlu Məmmədovun fikri maraqlıdır.Deyəsən Vüqar Gülməmmədovun sözləri Rövşən müəllimdə ümidi artırıb.Elə olmasa idi “sağ əli” Sərvər Bayramovu “Sabah” Yaradıcılıq Birliyinə direktor müavini göndərərək məzuniyyətdən dərhal sonra “İnformasiya Proqramları” Studiyasına direktor müavini gətirməzdi.İndi AzTV-nin hüquqi cəhətdən rəhbəri direktor Tural Məmmədov sayılsa da,faktiki olaraq işləri AzTV Xəbərin “Reportyorlar Qrupu”nun rəhbəri,hələ Lider TV-dən Rövşən Məmmədovun yanında yer alan,özünü onun yetirməsi hesab edən Vüsal Qaraca və sədrin ən yaxın dostu Sərvər Bayramov idarə edirlər.Deməli “Xəbərlər”də dəyişən bir şey baş direktor ştatının ləğv edilməsi oldu.Amma sabiq Prezident köməkçisi Əli Həsənovun media kapitanlarından biri olan Mehriban Məmmədovanın tökdükləri hələ də yığışdırılmır.Necə deyərlər,köhnə hamam,köh nə tas.Mehriban Məmmədovanın AzTV dönəminə dair bir neçə yazı nəzərinizə çatdırılmışdı.Davamı da olacaq.Hələki bəhs edilən mövzuya qayıdaq.Sual olunur:Rövşən müəllim,əgər dostunuz “İctimai-Siyasi Proqramlar” Studiyasının direktoru vəzifəsində özünü doğrulda bilməmişdirsə,siyasi məsuliyyət baxımından bu studiyadan heç də geri qalmayan “İnformasiya Proqramları” Studiyasına direktor müavini olaraq Sərvər Bayramovun gətirilməsi hansı məqsədi güdür və ya hansı məntiqə sığır? Sərvər müəllim işini bilən idisə,nəyə görə onun dövründə ictimai-siyasi verilişlərdə səhvlər sıralanmışdı? Elə canlı yox videoyazı ilə efirə verilən,özünüzün aparıcısı olduğunuz “Həftə” proqramında bir neçə ay əvvəl Türkiyə Prezidenti R.T.Ərdoğanın üzərində subtitr olaraq Hikmət Hacıyev yazılması nümunəsini göstərmək kifayətdir ki Sərvər Bayramovun işə necə nəzarət etdiyi barədə təəssürat yaransın.
“İctimai-Siyasi Proqramlar” Studiyasından söz düşmüşkən,Sərvər Bayramovun 2019-cu ilin yanvarından başlamış yarıtmaz idarəçiliyi sayəsində burada əsl ikihakimiyyətlilik hökm sürür.Yeni direktor Tofiq Abbasov görünür ki bunun qarşısını almaq gücündə deyil.Beləki,Tofiq müəllim sənəddə direktor olsa da de-fakto işləri müavini Ətayə xanım idarə edir.Amma o da kollektivi cəmləyə bilmir.Ümumiyyətlə,Rövşən Məmmədovun keçmişdə direktoru olduğu,xüsusi fikir verdiyi “İctimai-Siyasi Proqramlar” Studiyasında maraqlı proseslər baş verir.Yuxarıda qeyd edilən Ərdoğanın üzərində Hikmət Hacıyev yazılması olayından sonra AzTV sədri Studiyanın bütün başbilənlərini “Həftə” proqramından uzaqlaşdırıb.Məsələn, studiyanın özəyi olan “İctimai-Siyasi Proqramlar” baş redaksiyasının baş redaktoru Sahəddin Hüseynova daha “Həftə”nin ssenarisini yazmaq,verilişin yığılmasımda iştirak etmək etibar olunmur.Bu funksiyanı onun müavini Malik Həsənov yerinə yetirir.Rejissorlar qrupunda da eyni hal yaşanır.Deyilən hadisədən sonra baş rejissor Natiq Abbasov da baş redaktor Sahəddin Hüseynov kimi töhmət,pul cəzası almaqla yanaşı “Həftə” proqramından tam uzaqlaşdırılıb.Onun bir çox səlahiyyətini başqa rejissorlar həyata keçirdirlər.Rövşən Məmmədov isə görünür bu məsələləri adi şey hesab edir.Yəqin onun əsas qayəsi üç il ərzində rəhbərlik etdiyi müəssisədə Hesablama Palatısının üzə çıxardaraq hələ tam bildirmədiyi maliyyə pozuntularının yerini sadə əməkdaşların qonorarlarından müvafiq olaraq 100,150,200 manat tutaraq yaranmış borcunu ört-basdır etməkdən ibarətdir.Görün bu idmançı,icmalçı,pedaqoq,
politoloq,aparıcı,sədr Rövşən müəllim nə qədər vecsiz adamdır ki,qonorar kəsimini 6 Noyabr-TeleRadio İşçilərinin Peşə Günü,8 Noyabr-Zəfər Bayramı,9 Noyabr-Bayraq Günü və 10 Noyabr-düşmənin kapitulyasiyası kimi qəbul etdiyimiz əlamətdar günlər zamanı həyata keçirdərək çoxsaylı fədakar kollektivdə narazılıq yaradır.Özü də Zəfərimizin birinci ildönümündə…Bu hərəkətə yalnız və yalnız düşmən xislətli məxluq yol verə bilər..Deyəsən dünyada və ölkədə tüğyan edən pandemiyanın fəsadları,onun iqtisadiyyata vurduğu zərbələr nəticəsində yaranmış maddi çətinliklər,hazırda qışın bizi haqlaması,koronavirusun müxtəlif ştammlarının sürətlə yayılması,qrip epidemiyası və s.,Azərbaycanın İkinci Vətən Müharibəsindən çıxması,onun ağrı-acıları AzTV sədri Rövşən Məmmədovun umurunda da deyil.Əks təqdirdə 2019-cu il ərzində yemlədikləri yaxınlarının,dost-aşnalarının,özünün çıxarlarını orta statistik aztvçilərin pulundan çıxmazdı.

Saidə Vəliyeva AzTimes az


Abunəlik