Azərbaycanın iki qadın idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

Baxılıb:134
Azərbaycanın iki qadın idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanlı paralimpiyaçıların Tokio-2020-ə qazandıqları lisenziya sayı 34-ə çatıb.

Oxu.Az xəbər verir ki, paraatletika üzrə milli komandamızın üzvləri – Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Bununla da Milli Paralimpiya Komitəsinin idmançıları Paralimpiya Oyunlarına 34 lisenziya qazanmış olub. Onlardan 11-i paracüdo, 10-u paraatletika, 4-ü parataekvando, 4-ü parapauerliftinq, 3-ü paraüzgüçülük və 2-si para güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Paralimpiya komandamızın lisenziya gözləntiləri var.

Xatırladaq ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdı.


Abunəlik