Azərbaycanın bu rayonunda mağaza yoxdur?
Bu ilin yanvar-mart aylarında işğaldan azad edilən 8 rayon – Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər və Xocavənddə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi 13 milyon 371,4 min manat təşkil edib.
Ən çox satış Füzuli rayonunda qeydə alınıb.
Bu rayondakı pərakəndə ticarət müəssisələrində 5 milyon 809,8 min manatlıq məhsul satılıb. Ən az satış isə Qubadlıda olub – 26 min manat.
Maraqlıdır ki, Kəlbəcər rayoununda bir manatlıq da olsa pərakəndə ticarət dövriyyəsi olmayıb.
Füzuli – 5 809,8 min manat
Ağdam – 2 117,1 min manat
Zəngilan – 1 340,9 min manat
Cəbrayıl – 1 704,7 min manat
Qubadlı – 26 min manat
Şuşa – 1 253,1 min manat
Laçın – 747,7 min manat
Kəlbəcər – 0
Xocavənd – 372,1 min manat