Azərbaycanın bu kəndində koronavirus tüğyan edir: insanlar kənddən çıxarılır? – AÇIQLAMA
AzTimes.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupunun rəhbəri Nizami Həmidov deyib. Onun sözlərinə görə, bir neçə gün öncə Operativ Qəraragahında açıqlamasında Xaçmazın Köhnə Xaçmaz kəndində koronovirusa yoluxma hallarının çox olması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı məlumat verilib. Amma bəzi saytlarda “kənd karantinə alınıb, və yaxud insanların kənddən çıxışı məhdudlaşdırılıb” kimi başlıqlarla xəbərlər gedib:
“Köhnə Xaçmaz kəndində virusa yoluxma hallarının çox olması və qabaqlayıcı tədbirlər keçirildiyi barədə məlumatı biz yaymışıq. Açıb bir bizim yolladığımız xəbərə baxsınlar görək, kəndin içərisində karantinə salınma ilə bağlı məlumat verilib? Biz sadəcə məlumat vermişik ki, polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib”.
“Bundan əlavə şöbə əməkdaşları tərəfindən kənd sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparılıb, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilib. Həmçinin, marşrut xətləri ilə hərəkət edən bütün avtobuslara nəzarət gücləndirilib, maskasız hərəkət edən sakinlərə tibbi maskalar paylanılıb” – Həmidov əlavə edib. /Press.az