Azərbaycanda zəlzələ oldu
Azərbaycanın Qax rayonunda yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.
Məlumatda qeyd olunub ki, yerli vaxtla saat 13:04-də Zaqatala stansiyasından 23 km cənubda Qax rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 2.9, dərinliyi isə 10 km olub.
Zəlzələ az hiss olunub.Oxu.az.