Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Baxılıb:348
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, Cəlal Rayi Fondun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bildirilib ki, Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Banqalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.

Əlavə olaraq, o, 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.

Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb. 


Abunəlik