Azərbaycanda yayılan xəstəliklə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Baxılıb:163
Azərbaycanda yayılan xəstəliklə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Adi qrip virusuna yoluxduğunuzu zənn edə bilərsiz, amma bu, korona ola bilər. Çünki hər iki virusun simptomları bir-birinə çox oxşayır. Təəssüf ki, həkim yoxlamasına getmədən hansı virusa yoluxduğunuzu bilə bilməzsiniz.

Koronavirusun digər ştamlarından fərqli olaraq “Omikron” ştamı və onun altvariantlarına yoluxanlar xəstəliyi daha yüngül formada keçirdiyi üçün qrip olduqlarını zənn edirlər.

Lakin mütəxəssislər deyir ki, “Omikron”un ölümcül riski digərlərinə nisbətən az olsa da diqqətli olmaqda fayda var.

Qeyd edək ki, ölkədə virusa yoluxma halları artdığı üçün baş verə biləcək hər vəziyyətə qarşı lazımi tədbirlər görülüb, modul tipli xəstəxanalar hər an xəstələri qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

Xəzər TV


Abunəlik