Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində iri sığorta ödənişi verilib

Baxılıb:227
Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində iri sığorta ödənişi verilib

 

İcbari Sığorta Bürosu (İSB) bu il martın 6-da Rusiyanın Qafqaz federal avtomobil yolunda baş vermiş ağır yol qəzası ilə əlaqədar 69 512 manat ödəniş edib.

“Report” Büroya istinadən xəbər verir ki, sığorta ödənişi “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində verilib.

Həmin gün Azərbaycana məxsus 04 BO 882 dövlət nömrə nişanlı “Mercedes-Benz Vito” markalı avtomobil Rusiyaya məxsus P 564 HE 93 dövlət nömrə nişanlı “ZIL 5301 47410C” markalı avtomobillə toqquşub. Hadisə 5 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnib.

Xatırladaq ki, “Yaşıl Kart” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin qarşılıqlı tanınması haqqında sazişdir. Sazişin iştirakçısı olan bir ölkənin verdiyi sığorta şəhadətnaməsi digər iştirakçı ölkələrin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan bu siyahıya 28 may 2015-ci il tarixində qəbul edilib və 1 yanvar 2016-cı il tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir