Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

Baxılıb:470
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) AzTimes.az-a verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, “Report spam” seçimini etməklə mesajı “spam” olaraq şikayət etsinlər. @apa_az


Abunəlik