Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI
Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.
Hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
64 yaşlı Əhliman Səlim oğlu Hacıyev yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
