Azərbaycanda vətəndaşlara və sahibkarlara XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Baxılıb:163
Azərbaycanda vətəndaşlara və sahibkarlara XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib.

Aztimes.az-ın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib ki, bu növ icbari sığorta şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir. Onun sözlərinə görə, ötən ilin bu vaxtlarında bağlanmış müqavilələr yenilənməlidir.

Elmar Mirsalayev qeyd edib ki, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən şəxslər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı da məhdudiyyətlərlə üzləşə bilərlər.

İcraçı direktor daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və sığorta təminatının həcminə diqqət çəkib.

O bildirib ki, tarif və sığorta təminatı əmlakın yerləşdiyi bölgə və onun təyinatına uyğun müəyyən edilir.


Abunəlik