Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradıldı

Baxılıb:193
Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradıldı

Azərbaycanda COVID-19 infeksiyasının aşkarlanması ilə bağlı vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb.

Aztimes.az  xəbər verir ki, müayinə məntəqəsi Bakının Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi (10 saylı cəzaçəkmə müəssisəinin yaxınlığı), 10 ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təlim Mərkəzində fəaliyyət göstərəcək.

Belə ki, yeni yaradılan müayinə məntəqəsi fevralın 14-dən işə başlayacaq.

Məntəqənin iş rejimi isə bazar ertəsi və şənbə günləri saat 09:00-dan

13:00-dəkdir.


Abunəlik