Azərbaycanda tələbələr arasında kütləvi DAVA – Ölən və yaralananlar var (YENİLƏNDİ)
Lənkəran rayonunda gənc oğlanı öldürən 30 yaşlı şəxs tutulub.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.
Araşdırmalar davam etdirilir.
***
Lənkaranda tələbələr arasında kütləvi dava olub.
Tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.
İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Həkim Rəşad Fərzullayev bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.
APA