Azərbaycanda saxlanılan erməni əsgər təhvil verildi

Baxılıb:183
Azərbaycanda saxlanılan erməni əsgər təhvil verildi

Azərbaycan aprelin 23-ü sərhədçilər tərəfindən saxlanılan erməni hərbçi Eduard Arturoviç Martirosovu Ermənistana təhvil verib.

Aztimes.az  “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Martirosov mayın 22-si Brüsseldə üçtərəfli görüşdə əldə olunan razılaşmaya uyğun olaraq və Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandiri general-mayor Andrey Volkovun vasitəçiliyi ilə bu gün qaytarılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov Eduard Arturoviç Martirosovun Ermənistan tərəfinə təhvil veriləcəyini açıqlamışdı.

Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.


Abunəlik