Azərbaycanda qadın futbolçuların üsyanı: Onların mükafatı niyə verilmir?

Baxılıb:49
Azərbaycanda qadın futbolçuların üsyanı: Onların mükafatı niyə verilmir?

Qadınlardan ibarət Azərbaycan milli komandası son zamanlar çıxışı ilə diqqət mərkəzinə düşür. Avropa Millətlər Liqasında uğurlu çıxışdan sonra Avropa çempionatının seçmə mərhələsində qızlarımıza böyük ümidlər bəslənilirdi.

B Liqasının 1-ci qrupunda mübarizə aparan komandamız 4 oyundan sonra 4 xalla dördüncü olsa da, qrupdakı vəziyyəti elə də pis deyil. Son 2 görüşdə qazanılacaq qələbə Siyasət Əsgərovun yetirmələrinin daha yaxşı nəticələrə imza atmasına, hətta pley-offa vəsiqə qazanmasına səbəb ola bilər.

Qızlarımız uğurlu çıxış etsələr də, özlərinə qarşı münasibətdən narazıdırlar. Hər oyunu boş tribunalar önünündə keçirən milli üzvləri təkcə azarkeşlərdən deyil, AFFA-nın da əlindən giley-güzar edirlər.

Ötən il Millilətlər Liqasının C divizionun çıxış edən qadınlardan ibarət millimiz C qrupunu 16 xalla lider tamamlayaraq həm tarix yazdı, həm də B divizonuna vəsiqə qazandı. Həmin vaxt AFFA prezidenti olan Rövnəq Abdullyev qızlara mükafat vəd verib. Verilən vəd kişilərdən ibarət yığmadakı mükafat qədər yüksək olmayıb. Bununla belə, həmin məbləğ qadın futbolçulara ödənilməyib. Bu dönəmdə AFFA-da rəhbərlik dəyişib. Ancaq verilən vədə əməl olunmayıb.

AFFA-dan məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, mümkün olmadı. Qurum sorğumuza cavab vermədi.

Ümumiyyətlə qadın futbolçular onlara olan münasibətdən, yaradılan şəraitdən narazıdırlar. Milli üzvləri tez-tez bununla bağlı çıxış edirlər və narazılıqlarını açıq şəkildə bildirirlər.

Qadın futbolçular demək olar ki, özləri özlərinə gün ağlayırlar. Yerli liqanın səviyyəsinin aşağı olması səbəbindən onlar ölkə xaricinə üz tutmağa daha çox can atırlar. Daim üzərlərində çalışır, Avropanın müxtəlif ölkələrində legioner həyatı yaşayırlar. Kişilərdən fərqli olaraq onların ölkə xaricindəki macərası qısa çəkmir. Rusiya, Türkiyə, Yunanıstan kimi ölkərində aparıcı klublarında top qovurlar.


Abunəlik