Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? – AÇIQLAMA

Baxılıb:433
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? – AÇIQLAMA

44 günlük müharibə başa çatdı. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq Meydanında qalib və müzəffər Ordumuzun Zəfər Paradı keçirildi.
Burada II Qarabağ Müharibəsində iştirakı olan generallar yürüş etdilər. Zəfər Paradından sonra belə bir sual yaranıb. Azərbaycanda Ordu generalı olacaqmı?
Sfera.az xəbər verir ki, bu suala hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyevlə cavab verib. Onun sözlərinə görə, hazırkı postda bu rütbə ancaq Müdafiə naziri, general-polkovnik Zakir Həsənova verilə bilər:
“Bu rütbəni yalnız Müdafiə naziri ala bilər. Onun müavinləri və digər hərbçilər bu rütbəni ala bilməz. Çünki onların ştat üzrə tutduqları vəzifə bu rütbənin onlara verilməsinə imkan vermir.
Şuşa və Cəbrayılın alınmasında müstəsna xidməti olan Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev bu ada layiqli bir insandır. Lakin onun rütbəsi general-leytenantdır. O bu rütbəsini də bu müharibədən sonra aldı. 18 il idi ki, general-mayor rütbəsində idi.
İndiyə qədər Ordu generalı rütbəsi Azərbaycanda heç kimə verilməyib. Bu rütbənin verilməsi Prezidentin qərarından asılıdır. Hələ ki belə bir şərait yoxdur. Bu rütbəyə malik olmaq üçün şəxsi şücaət göstərməlisən. Bu rütbə elə-belə verilə bilməz”. (Oxu.az)


Abunəlik