Azərbaycanda növbəti qurumun “Telegram” kanalı fəaliyyətə başladı

Baxılıb:213
Azərbaycanda növbəti qurumun “Telegram” kanalı fəaliyyətə başladı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Telegram” kanalı fəaliyyətə başlayıb.

Agentlikdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA” adlı rəsmi “Telegram” kanalında qurumun fəaliyyəti, sahibkarlara göstərdiyi dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” şəbəkəsi, KOB inkişaf mərkəzləri (KOBİM) və KOB evləri ilə bağlı yeniliklər, təşkil olunan təlimlər, müsabiqələr, elanlar və sahibkarlıq fəaliyyəti ilə bağlı digər vacib xəbərlər paylaşılacaq.

Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək. “Telegram” tətbiqini smart cihazlara yükləməklə https://t.me/smbgovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, KOBİA sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verir. Agentliyin “Telegram” kanalı ilə yanaşı, “Facebook”, “İnstagram”, “LinkedIn” “Twitter” və “Youtube” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.


Abunəlik