Azərbaycanda mediator olmaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda mediatorların yaş həddinin artırılması təklif edilir.
Bunu Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli qərarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin dinləmələr zamanı deyib.
O bildirib ki, hazırda mediator olmaq üçün yaş həddi 25-dir: “Ancaq biz bunu 30 yaşa qaldırmağı təklif edirik. Həmçinin mediatorların hüquq təhsilinin olmasını da təklif edirik”.