Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi – Özündən AÇIQLAMA

Baxılıb:230
Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi – Özündən AÇIQLAMA

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,  general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.


Bu barədə Manset.az-a açıqlamasında generalın özü məlumat verib.

“Mən hazırda pensiyadayam,  Kəmaləddin Heydərov məni pensiyaya göndərib.Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm.”

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.


Abunəlik