Azərbaycanda ilk dəfə olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
Azərbaycanda ilk dəfə olaraq sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib
Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust – Laçın Şəhəri Günü;
4 oktyabr – Cəbrayıl Şəhəri Günü;
17 oktyabr – Füzuli Şəhəri Günü;
20 oktyabr – Zəngilan Şəhəri Günü;
25 oktyabr – Qubadlı Şəhəri Günü;
8 noyabr – Şuşa Şəhəri Günü;
20 noyabr – Ağdam Şəhəri Günü;
25 noyabr – Kəlbəcər Şəhəri Günü.