Azərbaycanda hovuzlar dəhşətli xəstəliklərə səbəb olur
Yay mövsümü ilə əlaqədar çimərliklərlə yanaşı, böyük əksəriyyət dincəlmək üçün hovuzlara da üz tutur. Ancaq bəzi ictimai hovuzlarda gigiyenik qaydalara diqqət yetirilmədiyi, eyni zamanda vətəndaşların məsuliyyətsizliyi səbəbindən insanlar arasında müxtəlif dəri xəstəliklərinə yoluxma hallarına rast gəlinir.
Belə müəssisələrdə gigiyenik qaydalara riayət edilməsi qaydaları ilə bağlı “Xəzər xəbər”ə danışan üzgüçülük üzrə müəllim Elvira Məhərrəmova həftədə bir dəfə aidiyyəti qurumlarun hovuza nəzarət-yoxlanış həyata keçirməli olduğunu qeyd edib.
Bu prosesin gigiyena baxımından bütün açıq və qapalı hovuzlarda həyata keçirilməli olduğunu diqqətə çatdıran mütəxəssis bildirib ki, müəssisə sahibləri müştərilərdən sağlamlıq haqqında arayış tələb etməlidir.