Azərbaycanda gəlinlər arasında bıçaqlı dava- ÖLƏN VAR

Baxılıb:405
Azərbaycanda gəlinlər arasında bıçaqlı dava- ÖLƏN VAR

Oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara Rayon Prokurorluğundan AzTimes.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məlumata görə, qadınlar qohumdurlar, qətlə yetirilən Mehparə Ağayeva Gülsevər Ağayevanın ərinin əmisi arvadıdır./mətbuat az


Abunəlik