Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tutduğu vəzifədən azad edilib.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.
Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.