Azərbaycanda DƏHŞƏT! “Qlobal SF” MMC öncə vətəndaşın 129 min AZN pulu mənimsədi,sonra imzasını saxtalaşdırdı-İDDİA

Baxılıb:2120
Azərbaycanda DƏHŞƏT! “Qlobal SF” MMC öncə  vətəndaşın 129 min AZN pulu mənimsədi,sonra imzasını saxtalaşdırdı-İDDİA

            AzTimes.az-a müraciət edən Nağı Məmmədov iddia edir ki, “Global SF” MMC ona qarşı dələduzluq edərək mənzil satmaq adı ilə 129 min AZN pulunu mənimsəyib. Məhkəmə proseslərində qalıb gəldikdə isə pulu ödəmək məcburiyyətində qalan şirkət rəhbərliyi onun nümayəndəsi Hüseynli Hidayət Hüseyn oğlunu satın alaraq imzaları saxtalaşdırıb ,pulun ödənilməsi haqda saxta sənəd hazırlayıb. N.Məmmədov imzaları ekspertə verərək onları saxta olduğunu təsdiqlədib. İndi əli hər yerdən üzülən vətəndaş aidiyyəti qurumlardan və ən başlıcası prezidentdən kömək istəyir:

Azərbaycan Respublikasının Prezidenti cənab   İlham Əliyevə

                  Surəti             Heydər Əliyev Adına Fondun Prezidenti,              

                                   Azərbaycan Respublikasının birinci xanımı,   ,                                                                    

                                Azərbaycan Respublikasının Birinci -Vitse-Prezidenti

                                  Mehriban xanım Əliyevaya

                   Surəti            Azərbaycan Respublikası Prezidentinin  köməkçisi –         Azərbaycan Respublikası Prezidentinin      Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova

          Surəti          Azərbaycan Respublikasının Daxili İşlər Naziri

                                       Cənab  Vilayət Eyvazova

          Surəti                Azərbaycan Respublikasının Baş Prokuroru

                                               Cənab Kamran Əliyevə

          Surəti                Azərbaycan Respublikasının Ədliyyə naziri                                                                                                    

                                                     Cənab Fikrət Məmmədova

        Surəti              Ədliyyə naziriliyinin İcra Baş İdarəsinin                                                                                                             

                                                  rəisi  Cənab  İlqar  Cəfərova

           Surəti                  Yasamal rayon İcra   Şöbəsinin  rəisi   Cənab                

                                                  Pərviz Zəkəriyyəyevə

                                              Abşeron rayonu,Xırdalan şəhəri.M.                                                                                                                  

Hüseynzadə küçəsi 1 A,mənzil 23                                                                                          ünvanda yaşayan Məmədov Nağı Bayram

                                                 oğlu tərəfindən

                                                 tel: 051 561 39  99

                                                ƏRİZƏ

Yazıb sizə bildirmək istəyirəm ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020- il  tarixli  qətnaməsi ilə (hakimlər: A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev)   mənim  apelyasiya şikayətim  təmin edilərək Bakı Şəhəri Yasamal  Rayon Məhkəməsinin 19 iyul  2019-cu il tarixli qətnaməsi ləğv edilmiş,  iddiam   təmin edilib cavabdeh “Qlobal   SF” MMC-dən   mənim xeyrimə   68.000 manat tutulması qət edilmişdir.

       Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020- il  tarixli  qətnaməsi ilə (hakimlər: .A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev)  Məmmədova Zeynəb Eynulla qızının    apelyasiya şikayəti  təmin  edilərək 61 200 (altmış bir min iki yüz ) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 45 manat dövlət rüsumu “Qlobal SF”MMC-dən tutularaq  ona  ödənilməsi   qət edilmişdir.

        Bununla yanaşı 03.02.2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsi 8(004)-44/2021 nömrəli Qərardad çıxarmışdır. Bu Qərardadın   qərar hissəsində göstərilir ki, Bakı Apelyasiya məhkəməsinin 2(103)-486/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu “Qlobal-SF” MMC-nin inşa etdiyi 16 mərtəbəli (Ə. Əhmədov küçəsi) yaşayış binasının  blok “D,E”-də yerləşən 545.60 kvm qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulsun, qərardadın  icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin.

    Bakı Apellyasiya Məhkəməsi  iddianın   dərhal icra edilməsi üçün 22 sentyabr 2020-ci il tarixdə icra vərəqəsi vermişdir.

   Lakin borclu tərəfindən  sözügedən vəsaitin könüllü ödənilməsi həyata keçirilməmişdir.

24.12.2020-ci il tarixdə borclu “Qlobal-SF” MMC tərəfindən Ə.Əhmədov küçəsində inşa edilən 16 mərtəbəli binanın 1-ci mərtəbəsinin 545.6 kvm olan qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və həmin məhkəmənin 03.02.2021-ci il tarixli qərardadı ilə sözügedən qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.

  27 .05.2021-ci il tarixdə hərrac keçirilmiş,lakin alıcı olmamışdır.Əmlak bizə təklif olunsada  bizim tərəfimizdən qəbul olunmamışdır.

  Bu günə qədər  Yasamal  rayon İcra  Şöbəsinin icra məmuru   Bayramov Bəhruz Əli oğlu tərəfindən qərarın icrası birmənalı olaraq həyata keçirilmir.

     Mən  Məmədov Nağı Bayram  oğlu bu barədə dəfələrlə aidiyyatı orqanlara,Yasamal rayon İcra Şöbəsinin rəisinə    və prezidentə   şikayət ərizəsi ilə müraciət etmişəm. Lakin icra məmuru    Bayramov Bəhruz   öz hərəkətsizliyini davam etdirir.

  Mən Yasamal  rayon icra  şöbəsinin  rəisi Cənab Pərviz Zəkəriyyəyevə  bildirmişəm  ki, icra sənədi qeyri şərtsiz icra olunmalıdır.

       Məhkəmə aktının  qüvvəyə mindiyi vaxt: 19 avqust 2020-ci il, İcra sənədinin verildiyi vaxt: 22 sentyabr 2020-ci il.  İcra sənədinin icraya yönəldilmə müddəti: dərhal göstərilməyinə baxmayaraq Yasamal rayon İcra şöbəsi qarşı tərəflə sövdələşməyə gedərək Qətnamənin icrasına laqeyd  münasibət göstərməkdə davam  edir.

      “Qlobal-SF” MMC-nin direktoru   İbrahimov Həmid Kazım oğlu məhkəmə prosesi getdiyi zaman  rəhmətə getmişdir. İcra məmuru  bunu bəhanə edərək qətnaməni icra etmir və bildirir ki,  yeni direktor yoxdur,  o seçiləndən sonra  icra olunar.  

     Lakin qətnamə icra olunmamış “Qlobal   SF” MMC  -nin yeni direktoru  İbrahimov Nəriman Həsən oğlunun imzası ilə   17 may 2021- ci il tarixdə  icra şöbəsinə    rəsmi sənəd göndərərək bildirir ki, mənim  tərəfımdən verilmiş apelyasiya şikayəti əsasında məhkəmə tərəfindən təmin edilmiş 68.000 min  manat  pul mənə   və Məmmədova Zeynəb Eynulla qızı üçün təmin edilmiş 61 200 (altmış bir min iki yüz ) manat məbləğində pul vəsaiti etibarnamə əsasında Məmədov Nağı Bayram  oğluna ,yəni mənə ödənmişdir.  

        Bildirirəm ki, Məmmədova Zeynəb Eynulla qızı onu məhkəmədə təmsil etmək üçün mənə etibarnamə verib, həmin eribarnamənin əsli   məhkəməyə təqdim olunub,işin içərisindədir.  Mən bunu  aydınlaşdırmaq üçün  məhkəmədə olmuşam və etibarnamənin əslini işin içərisində görmüşəm.Məmmədova Zeynəb mənə bir etibarnamə verib oda işin içərisindədir.Şirkət göndərən etibarnamə  məhkəmədə olan etibarnamənin surətidir.Şirkət   etibarnamənin surəti ilə mənə  129 290 manat verə bilməzdi.

      Bunun araşdırmaya ehdiyacı var.Onlarda heç bir etibarnamə yoxdur.Sənəddə bildirilir ki, həmin pul mənə Binəqədi   rayonu ərazisində yerləşən hansısa ofisdə verilmişdir .Mən heç bir ofis tanımıram, heç bir ofisdə olmamışam və mənə kimsə tərəfindən pul verilməyib.

         Mənə 129 290 manat  pulu heç bir sənədə imza etdirmədən  verə bilməzdilər.Bu  5-10 manat deyil ki.Şirkət tərəfindən pulu almağıma dair heç bir sənət təqdim edilmir.Mən  icraya yazılan ərizəni  özüm verə bilərdim. O saxda sənəd mənim pulu aldığımı təsdiq edəcək sənəd deyil. Pulu almadığım üçün heç bir sənəd təqdim edə bilmirlər.

    İndi şirkət tərəfindən icra şöbəsinə göndərilmiş etibarnamə surəti mənə Məmmədova Zeynəb tərəfindən məhkəmədə onu təmsil etmək üçün verilmiş etibarnamədir ki,həmin etibarnamədə  Zeynəb mənə pul və əmlak almaq istisna olmaqla digər səlahiyyətlərini vermişdir.

    Həmin saxta sənədi əlində əsas tutaraq “Qlobal   SF” MMC  -nin yeni direktoru  İbrahimov Nəriman Həsən oğlu icra məmuruna qarşı “icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin  qoyulması” tələbinə dair   Yasamal Rayon Məhkəməsinə 08.06.2021 –ci il tarixdə şikayət etmiş və həmin ərizə   hazırda baxışdadır (Hakim:Təhminə Xəlilova).

  İcra məmuru Bəhruz Bayramov tərəfindən verilmiş  “İcra sənədi üzrə icraatın  dayandırılması barədə təqdimatına Bakı şəhər Yasamal rayon məhkəməsində (hakim K.Xudayev)baxılaraq  rədd edilmişdir.

        Mən həmin ərizənin saxda olduğunu və şirkət barədə tədbir görülməsi üçün Yasamal rayon prokurorluğuna müraciət etmişəm,hazirda araşdırma aparılır.Lakin bilirəm ki, prokurorluq da onlara heç bir şey edən deyil.Ona görə ki,onlar mənə məhkəmə qurtaranda bildirdilər ki, məhkəməni udlaqla deyil , biz sənin müraciət etdiyin orqanlara pul verəcəyik,ancaq sənə heç nə verən deyilik.Ona görədə mən yasamal rayon prokurorluğuna inanmıram.

      Şirkət tərəfindən təqdim olunan ərizə  saxta ərizədir. O imzalar mənə məxsus deyil. Mən Həmin imzanın mənə məxsus olmadığını sübut etmək üçün “Məhkəmə Ekspertizası Xidmətləri “MMC müraciət etdim.   “Məhkəmə Ekspertizası Xidmətləri “MMC –nin 02 iyul 2021-ci il tarixli  05-59/21 nömrəli  ekspert rəyi ilə müəyyən olunmuşdur ki. həmin ərizədə olan imzalar mənə məxsus deyil,digər şəxslər tərəfindən çəkilmişdir. Həmin rəyi vəsadətə əlavə edirəm

   Mən icra şöbəsini məcbur etdim ki,tədbir görsünlər. Məhkəmə qərarını icra etmədiyi ,saxta sənədlər tərtib edərək  məhkəmə qətnaməsinin icra olunmasına maneə yaratdığı üçün “Qlobal   SF” MMC  -nin direktoru  İbrahimov Nəriman Həsən oğlunun cərimə olunması barədə protokol tərtib edildi və məhkəməyə göndərildi.Lakin Yasamal payon məhkəməsinin hakimi Hüseyn Səfərov tərəfindən o iş də dayandırıldı.

   Mən illərdir Pusiya Federasiyasında yaşayıram, oranın vətəndaşıyam. 3-4 ildir  Azərbaycanda başıma gəlməyən qalmadı. Burdakı məmurlar tərəfindən aldadıldım.

     “Qlobal-SF” MMC-nin direktoru İbrahimov Həmid Kazım oğlu, “Qlobal-SF” MMC-nin təsisçisi İbrahimov Kazım Həmid  oğlu, şirkətə rəhbərlik edən İbrahimov Tağı tərəfindən aldadılaraq pulum ələ keçirildi.

       Ancaq sizə bildirmək istəyirəm ki, şirkəti    İbrahimov Tağı  Hüseyn oğlu idarə edir və  şirkət ona məxsusdur. Ona isə himayədarlığı   qardaşı İbrahimov Nazim Hüseyn oğlu edir. Onlar hər cür özbaşınalıq edirlər. Heç kimdə onlara dur demir,belə hiss olunur ki,deməkdə fikirləri yoxdur.İbrahimov Tağı Ağac email zavodundan ayda 150 min manat kirayə haqqı yığır,ancaq mənim pulumu ödəmək istəmir.Qardaşları Sahib İbrahimov  etdiyi əməllərə görə  bu yaxınlarda həbs  edildi. Bu qardaşların özbaşınalığı həddini aşıb.Bu ölkədə onlara bəsti deyəcək bir dövlət qurumu yoxdur.

   Onların  qardaşı oğlu “Qlobal   SF” MMC  -nin yeni direktoru  İbrahimov Nəriman Həsən oğlu tərəfindən tərtib edilmiş saxta sənədlərlə məhkəmə qətnaməsi icra olunmuş kimi ğöstərilir.  Bu azımş ki, Yasamal Rayon İcra Şöbəsinin məmurları da onlarla əlbir olub qətnaməni icra etmək istəmirlər.Mən  Rusiyaya qayıda bilmədiyim üçün orada olan işlərim də  dayandı .

         Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq  xahiş edirəm

Azərbaycan Respublikasının müvafiq   qanunları nəzərə alınaraq Bakı şəhərində   bu adamların qanunsuz əməllərinə son qoyulsun,qanunsuzluqları barədə tədbir görülsün. Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrası təmin edilsin,onlar barədə cinayət işi açılsın.

Qoşma:  1. İcraya yazılmış saxta ərizənin surəti.

               2. Etibarnamənin surəti.

                3. “Qlobal   SF” MMC  -nin icra şöbəsinə göndərdiyi məktubun surəti.

              4. İcraya təqdim olunmuş  mənim ərizəmin surəti

              5.  Ekspert rəyinin təsdiq olunmuş surəti.

            6.  Şəxsiyyət vəsiqəsinin surəti.         İmza                                     Nağı Məmmədov.

Nəzərinizə çatdıraq ki,AzTimes.az saytı olaraq qarşı tərəfin fikrini dərc etməyə hazırıq


Abunəlik