Azərbaycanda DƏHŞƏT: ər və arvad dəm qazından öldü
Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.
Hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri – 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək keçiniblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.