Azərbaycanda bu xanıma yüksək vəzifə verildi – FOTO
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsinə yeni təyinat olub.
Energetika nazirinin 9 dekabr 2022-ci il tarixli əmri ilə Aygün Zeynalova Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Aygün Zeynalova AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib.