Azərbaycanda boşanma qaydaları dəyişdi

Baxılıb:974
Azərbaycanda boşanma qaydaları dəyişdi

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulmasının Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparıldığı hallarda dəyişiklik edilib.
AzTimes.az AZSABAH.COM-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”nda dəyişiklik edib.
İndiyə qədər Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılıb. Dəyişikliyə əsasən, bu hal siyahıdan çıxarılıb. İndiyə qədər cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı aparılıb. Bundan sonra cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayacaq.


Abunəlik