Azərbaycanda ağır qəza- Ölən və yaralananlar var

Baxılıb:314
Azərbaycanda ağır qəza- Ölən və yaralananlar var

Hacıqabul-Horadiz yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzTimes.az  APA-ya istinadən bildirir ki, iki “Mercedes” markalı avtomobil toqquşub.  Nətcədə bir nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada xəsarət alan sərnişinlərdən biri – Saatlı sakini, 1959-cu il təvəllüdlü Ağayev Güləhməd Xanaəhməd oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

Qəzada digər xəsarət alan, İmişli rayonu, Boççalılr kənd sakinləri, 1986-cı il təvəllüdlü Quliyeva Esmira Nadir qızı, 2016-cı il təvəllüdlü Bayramov Hüseyn Mövsüm oğlu, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu (əməliyyata götürülüb), İmişli rayonunun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Hacıbala Polad oğlu və Saatı rayonunun Potubəyli kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılov Rzalı İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


Abunəlik