Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb?
Zəvvarların dələduzluğa məruz qalmaları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu barədə AzTimes.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Fatimə Tur”, “Roman Travel” şirkətlərinin rəhbərləri müəyyən olunub. Hazırda fakt üzrə 50-dən artıq zərərçəkmişin müraciəti əsasında istintaq tədbirləri görülür. Araşdırmalarının nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı AzTime.az-a açıqlamasında bildirib ki, xəbər platformalarında dələduzluğa məruz qalmaları iddiası ilə çıxış edən 48 zəvvarın heç birinin polis orqanına müraciəti daxil olmayıb.
“Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır”, – deyə qurum rəsmisi bildirib.
/oxu.az